İki azərbaycanlı "Lotu Quli"nin məzarı başında bir-birini güllələdi - Ölən və yaralanan var (SENSASİON TƏFƏRRÜAT)

  • 19:14 - 19 Yanvar

Ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun məzarı başında atışma olub. 

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı insident İstanbulun Esenyurt rayonunda yerləşən qəbiristanlıqda baş verib. 

Yanvarın 17-də  axşam saatlarında baş verən hadisə zamanı Əli Həşimov adlı şəxs Kənan adlı şəxslə "Lotu Quli"nin məzarı başında qarşılaşıb. Nəticədə tərəflər arasında mübahisə yaşanıb. Mübahisənin davamı isə qanla bitib. Belə ki, Ə.Həşimov yanında gəzdirdiyi odlu silahla Kənana atəş açıb. Bu zaman əlindən yaralanan Kənan silahı alaraq Əli Həşimovu başından vurub. Nəticədə Ə.Həşimov hadisə yerində keçinib.

Kənan isə xəstəxanalardan birinə çatdırılıb. 

Qeyd edək ki, hadisə borc üstündə baş verib.


Oxunma sayı: 16710

Oxşar yazılar