Türkiyənin ilk Milli Döyüş Təyyarəsi gəlir - Prototipinin təqdim olunacağı və tam xidmətə veriləcəyi tarix açıqlandı (FOTO)

  • 17:18 - 19 Yanvar

TUSAŞ baş direktoru və İdarə heyətinin üzvü prof. dr. Təməl Kotil Türkiyənin ilk milli döyüş təyarəsinin prototipinin təqdim olunacağı tarxi açıqlayıb. 

Avropa.info xəbər verir ki, Kotil təyyarənin ilkin dizayn incələməsi (PDR) fəaliyyətlərinin 2021-ciin ilin aprelində balayacağını, 2021-ci ilin sentyabrında isə prototipi  üçün metal təbəqələrin kəsilməsinin həyata keçiriləcəyini deyib. 

Milli döyüş təyyarəsində çox miqdarda titan hissələrdən istifadə ediləcəyini bildirən Kotil, dörd ayrı mərhələdən ibarət olan proqram çərçivəsində "Mərhələ-1"-in 2022-ci ildə PDR fəaliyyəti ilə sona çatacağını və daha sonra "Mərhələ-1 Mərhələ-2"-nin başlayacağını qeyd edib. Kotil, layihənin 20 min nüvəsi olan, Türkiyənin ən inkişaf etmiş 2 kompüterinin bu layihədə istifadə edildiyini deyib.

Milli Muharip Uçak'ın yerli motor üretimi 'dörtlü çalışmayla' sürüyor

"Buna PDR deyirik, Premier Design Review (İlkin Dizayn İncələməsi), bu proses İnşallah aprel ayında başlayacaq. İlk partiyanı sentyabrda kəsməyə başlayacağıq. Təyyarənin mühərrikini 18 mart 2023-cü ildə başlayaraq anqardan çıxmağı və 2029-cu ildə tayyərəni tam xidmətə verməyi planlaşdırırıq. Mühərrik istehsalı təyyarənin özünün istehsalından daha çətin bir prosesdir", deyə Təməl Kotil bildirib. 

Avropa.info


Oxunma sayı: 24113

Oxşar yazılar