Kulisdə gündəmi silkələyən iddia: Məhərrəm İncənin partiyasına gedəcək millət vəkilləri bəlli oldu – Təkcə CHP-dən deyil...

  • 15:21 - 19 Yanvar

Min gündə Məmləkət Hərəkatı üçün hazırlıqlara başlayan CHP-li Məhərrəm İncə yeni partiyasının elan olunması ilə bağlı gün saymağa başlayıb. 

Avropa.info "Sabah" qəzetinə istinadən xəbər verir ki, partiyanın nizamnaməsini böyük ölçüdə tamamlayan İncənin elan edəcəyi siyasi təşkilata CHP-dən Mehmet Ali Çələbi, Hüseyin Avni Aksoy və Özcan Özel, eləcə də İYİ Partiyasının önəmli şəxslərinin üzv olmaq üçün hazır olduqları bildirilir.

Kulislərdən verilən məlumata görə İncənin quracağı partiyanın təşkilat komitəsi İYİ Partiyadan istefa verən İsmail Ok və İsmail Koncuku yaxından izləyir.

CHP-nin siyasətindən rahatsız olduğu və Məmləkət Hərəkatı quraraq reaksiya göstərdiyi bilinən keçmiş CHP-li millət vəkili Məhərrəm İncənin partiyasını quracağı tarix açıqlanıb. İncə pandemiya səbəbiylə 1 yanvarda qurmağı planlaşdırdığı  partiyasının elan olunmasını sonrakı tarixə təxirə salıb və partiyasının qurulduğunu rəsmi olaraq 1 martda elan edəcəyi qeyd olunur.

CHP İzmir millət vəkili Mehmet Ali Çələbi, Karabük millət vəkili Hüseyn Avni Aksoy və Yalova millət vəkili Özcan Özel ilə çalışdığı bilinən Məhərrəm İncənin İYİ Partiyadan təxminən 10 millət vəkili ilə sıx təmasda olduğu ifadə edilib. İncəyə yaxın qrupun İYİ Partiyasdan istefa edən İsmail Ok və İsmail Koncukun sıralarına qatılması üçün danışıqlar aparıldığı yayılan məlumatlar arasındadır. Özü üçün yeni bir yol xəritəsi cızan İncənin partiyasına ən azı 20 millət vəkilini daxil edərək parlamentdə bir qrup yaratmağı planlaşdırdığı deyilir.

Partiyasının qurulduğunu 1 martda elan edəcək İncənin Ankarada partiya qərargahı üçün danışıqlar apardığı qeyd edilir.


Oxunma sayı: 3004

Oxşar yazılar