COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər – RƏSMİ

  • 14:18 - 19 Yanvar

COVİD-19 virusuna qarşı kimlərə vaksinin vurulmayacağı açıqlanıb.

Avropa.info-nun məlumatına görə, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən, 18 yaşa qədər şəxslərə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir, çünki bu istiqamətdə hələ tədqiqat aparılmayıb:

"Vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s.kimi əlamətlər isə əks-göstəriş deyil. Bu əlamətlər əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir".


Oxunma sayı: 1805

Oxşar yazılar