Ermənistanda Koçaryanın məhkəməsi bərpa olundu – Etiraz aksiyası keçirilir

  • 13:49 - 19 Yanvar

İrəvanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə prosesi bərpa olunub.

Avropa.info bildirir ki, hazırda dörd aylıq fasilədən sonra məhkəmənin növbəti iclası keçirilir.

Eyni zamanda, R.Koçaryanın tərəfdarları məhkəmə binası qarşısında etiraz aksiyası keçirir. Aksiya zamanı hökumət əleyhinə şüarlar səsləndirilir.

Qeyd edək ki, R.Koçaryan 2008-ci ilin martında baş vermiş kütləvi etiraz aksiyaları ilə əlaqədar dövlət çevrilişi cəhdində ittiham olunur.


Oxunma sayı: 3037

Oxşar yazılar