Ağcabədidə qanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb

  • 21:30 - 18 Yanvar

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avropa.info-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağcabədi rayonu, “4 yol” ərazisində fəaliyyət göstərən, fiziki şəxs Nəcəfov Təşkilat Qüdrət oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib.

Baxış zamanı süd qəbulu müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl etmədən və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.


Oxunma sayı: 3477

Oxşar yazılar