ABŞ Somalidən qoşunlarını çıxarıb

  • 17:15 - 18 Yanvar

ABŞ hərbi kontingentinin Somalidən çıxarılması prosesi tam başa çatıb.

Trend-in məlumatına görə, bu ölkədə qalan 700-dək hərbçi Cibuti və Keniyadakı bazalara köçürülüb.

Ötən il dekabrın 4-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp qoşunların Somalidən yanvarın ortalarınadək çıxarılması barədə sərəncam vermişdi.

Hazırda ABŞ-ın Afrika ölkələrində 6 min hərbçisi xidmət edir


Oxunma sayı: 2850

Oxşar yazılar