Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıb

  • 15:04 - 18 Yanvar

Hacıqabul rayonunda qanunsuz ov edən şəxslərdən silah götürülüb.

Bu barədə  Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da rayonun Muğan qəsəbəsi ərazisində Şirvan şəhər sakinləri - R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunusuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

R.Babayevdən “Kral Arms”, A.Əhmədzadədən isə “Churchill” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.


Oxunma sayı: 3675

Oxşar yazılar