Almaniyada peyvənd olunan 10 nəfər vəfat etdi

  • 21:43 - 17 Yanvar

Dünya ölkələrində kütləvi vaksinasiya prossesinə start verilməsi ilə hansı peyvəndin daha yaxşı olması məsələsi də gündəmə gəlib.

Avropa.info axşam.az-a istinadən bildirir ki, "Pfizer" və "BioNTech"  şirkətlərinin istehsal etdiyi peyvəndlərin insan ölümünə səbəb olması haqlı narahatlıq yaradıb.

Almaniyada 842 nəfərə vurulan bu vaksin 10 nəfərin ölümünə səbəb olub. Daha sonra vəfat edənlərin ölüm səbəbi araşdırılıb.

Məlum olub ki, onlar 79-93 yaş aralığında olub, həssas qrupa aiddirlər. Bu insanlar əvvəllər xroniki xəstəlik keçiriblər. Onlara vurulan peyvənd isə 4 gün daha tez ölmələrinə səbəb olub.

Ümumi araşdırmalardan sonra vəfat edənlərin ölüm ayağında olduqları, sadəcə vaksinasiya vaxtı ilə üst-üstə düşdüyü bildirilib.


Oxunma sayı: 3213

Oxşar yazılar