Amsterdamda etiraz aksiyası: polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir

  • 21:24 - 17 Yanvar

Niderland polisi Amsterdamdakı icazəsiz etiraz aksiyasını dağıtmaq üçün su şırmaqlarından istifadə edib.

Avropa.info xəbər verir ki, bu barədə ölkənin informasiya vasitələri məlumat verib.

Bildirilir ki, nümayiş əvvəl bələdiyyə tərəfindən qadağan edilib, lakin bir neçə yüz nəfər hələ də Nazirlər Kabinetinin tədbirlərinə və hökumətin koronavirus pandemiyasına qarşı siyasətinə etiraz olaraq şəhərin mərkəzi meydalarından birində toplaşıbı. Nümayişçilərin çoxu bir-birindən 1,5 m məsafə saxlamayıb və maskasız olublar.

Məlumata görə, nümayişçilər hüquq-mühafizə orqanlarının meydanı tərk etmək tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra su şırnaqları istifadəyə buraxılıb.


Oxunma sayı: 2861

Oxşar yazılar