Avstriyada sərt karantin rejimi uzadıldı

  • 21:07 - 17 Yanvar

Avstriya hökuməti koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq üçün 26 dekabrda başlayan üçüncü sərt karantin müddətini 24 yanvardan 7 fevrala qədər uzadmağa qərar verdi.

Bunu Avstriya kansleri Sebastian Kurtz deyib.

Bildirilir ki, hazırda hər 100 min sakinə 131 yoluxma hadisəsi düşür. Karantinin uzadılmasının səbəbi bu göstəricini 50-yə salmaqdır.

Kansler qeyd edib ki, Avstriya Britaniya və İrlandiyada baş verən xəstəliyin yeni ştammının sürətli yayılması vəziyyətindən qaçınmaq istəyir.

Son məlumata əsasən ölkədə ümumilikdə 393,7 min yoluxma halı qeyd olunub, 7 mindən çox sakin bu virusdan vəfat edib.


Oxunma sayı: 2542

Oxşar yazılar