Meksikada narkokartellə mübarizəyə qadınlar başçılıq edirlər

  • 20:50 - 17 Yanvar

Meksikanın Miçoakan ştatında narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan cinayətkar qruplaşmalarla mübarizəyə qadınlar başçılıq edirlər.

Bu barədə “Associated Press” agentliyi bildirib.

Zərif cinsin nümayəndələrinin əksəriyyəti iddia edir ki, onların doğmalarını qruplaşmaların üzvləri oğurlayıblar və ya öldürüblər. Buna görə də qadınlar cinayətkarlara müqavimət göstərməyə məcbur olublar.

Miçoakan dünyada ən böyük limon və əhəng ixracatçısıdır, bu yaxınlarda onu qonşu Xalisko ştatının karteli zəbt edib. Qadınlardan ibarət könüllü dəstənin üzvlərindən biri bildirib ki, kartelin üzvləri onun qardaşını oğurlayıb. Həmin vaxtdan kişi haqqında heç kəs heç nə eşitməyib. Əlinə silah almış digər qadının isə 14 yaşlı qızı itkin düşüb.

Qadınlar əllərinə tüfəng götürüblər, onlar yollarda növbələr aparır və səngərlər qazırlar.(report)


Oxunma sayı: 3719

Oxşar yazılar