Amerikalı PKK/YPG terrorçusu Baker Türkiyə hərbi pilotlarını öldürməyi planlaşdırırdı... - ABŞ-ın bəslədiyi terrorçular öz başına bəla olur (FOTO)

  • 17:31 - 17 Yanvar

Dünən ABŞ-da həbs olunan Daniel Alan Baker adlı PKK terrorçusunun istintaq sənədlərindən sensasion məlumatlar paylaşılıb. 

Avropa.info xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı açıqlamada Florida əyalətində yaşayan Baker adlı terrorçunun ABŞ-da olan Türkiyə hərbi pilotlarını öldürməyi planlaşdırdığı bildirilib. 

Nazirliyin açıqlamasında, Floridada yaşayan Daniel Alan Bakerin "adam qaçırma və yaralanma təhdidi ilə əyalətlərarası əlaqə qurmaq" ittihamı ilə tutulduğu deyilir.

Yanvarın 10-da Florida əyalətinin parlament binasına edilən hücumlarda Bakerin iştirak etdiyi açıqlamada, bu şəxsin silahlı olduğu və digər insanları da dövlət binasına hücuma təşviq etdiyi ifadə edilib. Açıqlamada Bakerin 2017-ci ildə terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə qoşulduğuna diqqət çəkilib və şübhəlinin sosial mediada YPG-də snayper olaraq yetişdirildiyi haqda görüntülərin olduğu,  terror təşkilatı haqda müxtəlif sənədli filmlərdə göründüyü qeyd edilib. 

Antifa Activist Daniel Alan Baker Arrested for Plotting to Murder Trump  Supporters and Police on Inauguration Day - News BBT

Nazirliyin YPG ilə PKK arasındakı əlaqəni rəsmən qəbul etdiyini söyləyən açıqlamasında,"YPG, ABŞ hökuməti tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın qoludur", deyilir. 

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında, Bakerin istintaqını aparan Federal Təhqiqatlar Bürosunun agentinə istinadən terrorçunun Birləşmiş Ştatlarda olan türk pilotları öldürməyi planlaşdırdığı qeyd olunub. 

Xatırladaq ki, ABŞ hökuməti Türkiyənin bütün etirazlarına baxmayaraq PKK terror təşkilatının Suriya qolu YPG-ni rəsmən dəstəkləyir. ABŞ hökuməti PKK/YPG terror təşkilatına 100 min tondan artıq silah - sursat verib. ABŞ tərəfindən açıqlanan rəsmi məlumatlara görə, 2018-ci ildə PKK/YPG-yə 500 milyon, 2019-cu ildə 550 milyon nəğd pul verib. 2020-ci ildə isə terror təşkilatına 300 milyon dollar pul verən ABŞ hökuməti yaydığı açıqlamada, "dəstəyimiz davam edəcək" deyib.

Görünür, ABŞ-ın rəsmən maliyyələşdirdiyi terrorçular Floridada dövlət binalarına hücum etməklə Vaşinqtonun başına bəla olurlar.

Avropa.info

Image

Oxunma sayı: 12123

Oxşar yazılar