Qara dənizdə batan Rusiya gəmisinin 6 üzvü xilas edilib - YENİLƏNİB

  • 18:12 - 17 Yanvar

Türkiyə sahillərində batan Rusiya yük gəmisinin heyət üzvlərindən ölənlərin sayı dördə yüksəlib.

Avropa.info-nun məlumatına görə, bu barədə yerli səlahiyyətlilər bildirib.

Xatırladaq ki, 12 nəfər ekipajdan 6-sı Türkıyə tərəfindən xilas edilib.

***

Qara dəniz sahillərində batmış Rusiya gəmisinin azı 2 üzvü həlak olub.

Bu barədə Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib.

"Batan gəminin göyərtəsində 13 nəfər olub. Onların hamısı Rusiya vətəndaşlarıdır. Hazırkı ana qədər 5 nəfər xilas edilib, iki nəfərin meyiti aşkarlanıb", - o deyib.

Qubernatorun sözlərinə görə, hazırda daha 6 nəfərin xilas olunması əməliyyatı davam etdirilir.

***

Qara dənizin Türkiyə hissəsində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə yük gəmisi batıb. 

Avropa.info xəbər verir ki, Bartın rəhbərliyi uzunluğu 200 metr olan gəmidə 15 nəfərlik heyətin olduğunu bildirib. 

Bartın limanındakı gəmilər axtarış-xilasetmə işlərinə cəlb olunub. 

Gəminin hansı dövlətin bayrağı altında üzməsi və ekipajın taleyi barədə hələlik heç bir məlumat yoxdur.


Oxunma sayı: 2718

Oxşar yazılar