Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək - VİDEO/FOTOLAR

  • 16:20 - 17 Yanvar

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək.

Bu barədə Avropa.info-ya  Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.
Yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

***

Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə ortaq hərbi təlimlərə hazırlaşırlar.

Avropa.info xəbər verir ki, Bu barədə Türkiyə Milli Müdafiə nazirliyi  məlumat yayıb.

Bildirilir ki, qış təlimləri 1-12 fevral tarixində Qars vilayətində həyata keçiriləcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək. O cümlədən, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.

Bu təlimin son dövrün ən böyük təlimlərindən biri olacağı qeyd edilir. 


Oxunma sayı: 3202

Oxşar yazılar