İmişlidə 3-dəfə göz əməliyyatı keçirən 7 yaşlı uşağa həkim müayinəsi üçün göndəriş verilmir - "Baş həkimi tapa bilmirəm..." (FOTO)

  • 13:50 - 17 Yanvar

İmişlidə əməliyyat olunan azyaşlı xəstəyə həkim müayinəsi üçün göndəriş verilmədi.

Bu barədə Avropa.info-ya xəstənin atası İlqar Abbasov məlumat verib.

"Qızım Zəhra uzun müddətdir ki, göz xəstəliyindən əziyyət çəkir və 3 dəfə əməliyyat olunub. Sonuncu dəfə dekabr ayının 18-də Zərifə Əliyeva adına göz klinikasında əməliyyat olunub. Dünən qızımı həkim müayinəsinə aparmaq üçün İmişli rayon poliklinikasında göz həkiminə göndəriş üçün müraciət etdim. Göz həkimi məni həmin klinikanın baş həkimi Anar həkiminin yanına göndərdi. Təxmini 40 dəqiqə növbə gözlədikdən sonra Anar həkimin qəbuluna düşdüm. Anar həkim göndərişi almağım üçün İmişli Rayon Mərkəzi xəstəxanasının baş həkimi Eynulla Qasımovdan "dabro" almağımı və yalnız ondan sonra göndərişi verə biləcəyini bildirdi. Mən həmin günü Eynulla həkimi nə qədər axtarsam da, telefonuna zəng etsəm də tapa bilmədim. Qeyd edim ki, Anar həkimin qəbulunda gözləyərkən neçə nəfərin Bakıda həkim müayinəsinə getmək üçün göndəriş aldığını gördüm. Təsəvvür edin ağır xəstəsi olan insanlar İmişlidə Anar və Eynulla həkimin bu kimi əməllərindən necə zülmlər çəkir. Xahiş edirəm müraciətimi lazımı yerlərə çatdırın ki, İmişlidə həkim zülmündən insanların canı qurtarsın. Bu qədər də özbaşınalıq olmaz."

Avropa.info


Oxunma sayı: 7393

Oxşar yazılar