MN: “Komissiyaya “Veteran adı” və ya “Veteran kitabçasının” təqdimi səlahiyyəti verilməyib

  • 12:28 - 17 Yanvar

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün  yaradılmış komissiyaya “veteran adı” və ya  “veteran kitabçasının” təqdim edilməsi səlahiyyəti verilməyib.

Bunu  Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki,  vətəndaşlarımızdan xahiş olunur ki, bu məsələ ilə bağlı komissiyaya müraciət etməsinlər.


Oxunma sayı: 4016

Oxşar yazılar