Gürcüstanda daha 780 nəfərdə koronavirus aşkarlanıb, 17 nəfər ölüb

  • 14:04 - 17 Yanvar

Gürcüstanda ötən sutkada koronavirusa 780 yeni yoluxma faktı təsdiqlənib, 1 608 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 247 805 nəfər yoluxub. Onların 232 993-ü sağalıb, 2 933-ü isə ölüb.

Karantin rejimində 472, stasionar nəzarətdə 3 659 nəfər var. 649 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.


Oxunma sayı: 2630

Oxşar yazılar