İndoneziyada zəlzələ nəticəsində həyatını itirənlərin sayı 56 nəfərə çatıb

  • 13:47 - 17 Yanvar

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ qurbanlarının sayı 56 nəfərə çatıb.

Bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi (BNPB) məlumat yayıb. Daha 826 nəfərin xəsarət aldığı bildirilir. Qeyd olunur ki, hazırda ərazidə afterşoklar davam edir.

Yeraltı təkanların baş verdiyi Qərbi Sulavesi əyalətinin hakimiyyət orqanları regionda fövqəladə vəziyyət rejimi elan ediblər.

BNPN-in rəhbəri Doni Monardo bəyan edib ki, fövqəladə vəziyyət rejimi yaxın 1-2 həftə ərzində aradan qaldırılacaq. Eyni zamanda, BNPB yeraltı təkanların böyük ziyan vurduğu Mamucu və Macene əyalətlərinə ümumilikdə 4 milyard İndoneziya rupisi (təqribən 284 min dollar) məbləğində kömək göstərib. Bununla yanaşı, evləri dağılmış sakinlərə çadırlar, adyallar, tibbi maskalar və digər ilkin tələbat malları paylanıb.

Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə silsilə zəlzələlər baş verib.

Təbii fəlakətin qurbanlarının ailə üzvlərinə başsağlığını çatdıran Prezident Coko Vidodo yerli hakimiyyət orqanlarına zəlzələnin nəticələrinin aradan qaldırılması üçün operativ fəaliyyət göstərmələri barədə tapşırıq verib.


Oxunma sayı: 2465

Oxşar yazılar