Makqreqor: “Nurməhəmmədov mənimlə döyüşdən qorxur”

  • 12:20 - 17 Yanvar

Keçmiş UFC çempionu Konor Makqreqor rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun onunla döyüşməkdən qorxduğunu deyib. 

Bu barədə o ESPN-ə müsahibəsində bildirib: 


“Mənimlə döyüşməkdən qorxur. Buna dəhşətli dərəcədə əminəm. Ancaq onu günahlandırmıram. O gecə mən onun ən yaxşı, o isə mənim ən pis versiyamla mübarizə apardı”. 

Qeyd edək ki, 2020-ci ilin noyabrında Makqreqor Nurməhəmmədovu fenomenal döyüşçü adlandırıb. 

Əlavə olaraq bildirək ki, 2018-ci ilin oktyabrında irlandiyalı və rusiyalı arasındakı döyüş dördüncü turda Nurməhəmmədovun qələbəsi ilə sona çatmışdı.


Oxunma sayı: 4555

Oxşar yazılar