Ermənistanda agent qalmaqalı : Sarkisyanın kürəkəni parlament sədrini Türkiyə kəşfiyyatına cəsusluqda ittiham edir

  • 00:00 - 17 Yanvar

Qarabağda ağır məğlubiyyətdən sonra Ermənistanda qarşılıqlı ittihamlar səngimək bilmir. Son günlər ittiham tərəflərindən biri kimi Ermənistanın keçmiş prezidenti Serg Sarksiyanın kürəkəni, məhz bu qohumluq səbəbindən uzun müddət ölkənin Vatikandakı səfiri olmuş Mikael Minasyan çıxış edir.

Avropa.info xəbər verir ki, bu dəfə Mikael Minasyan Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanı Türkiyənin xeyrinə cəsusluqda ittiham edib.

Minasyanın iddiasına görə, Mirzoyan 2005-ci ildə ABŞ-da saxta "erməni soyqırımı"nı tanıtmaq üçün fəaliyyət göstərdiyi vaxt Türkiyə kəşfiyyatı tərəfindən ələ alınıb. 

Он должен ответить - Мирзоян ответил Минасяну

Mikael Minasyan

"Bundan sonra düşüncələri buludlu, lakin ambisiyaları böyük olan gənc Mirzoyan baş verənlər haqda türklərə məlumat ötürür. Bundan erməni kəşfiyyatı xəbər tutur və bu gənci həbslə təhdid edərək, ikili agentə çevirlər", deyə Minasyan bildirib.

Keçmiş diplomatın sensasiyalı ittihamlarına parlament sədri Mirzoyanın cavabı gecikməyib. O, Sarkisyanın kürəkəninin ittihamlarını cəfəngiyyat adlandırıb. “Mikael Minasyanın növbəti cəfəngiyyatı hüquqi qiymətini almalıdır”, deyən spiker bildirib ki, o, yalan donoslarına görə cavab verməlidir.

Avropa.info


Oxunma sayı: 5831

Oxşar yazılar