Ağstafada ağır qəza: Bir nəfər öldü

  • 21:30 - 16 Yanvar

 

Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Köçvəlili kəndində “Mercedes” və VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1986-cı il təvəllüdlü İsrafilov Ələsgər Əyyub oğlunun meyitini deformasiyaya uğrayan VAZ markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 1761

Oxşar yazılar