Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)

  • 20:38 - 16 Yanvar

Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şəhərin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları “Mercedes” markalı mikroavtobusu yoxlayan zaman sürücü, Mingəçevir şəhər sakini Ramin Həsənovun karantin qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd etdiyini aşkarlayıblar. Həmin şəxs Polis Şöbəsinə gətirilib və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Həsənov 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO) - Gallery Image
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO) - Gallery Image
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO) - Gallery Thumbnail
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO) - Gallery Thumbnail

Oxunma sayı: 2278

Oxşar yazılar