"Biz Ermənistan vətəndaşıyıq, övladlarımızın Qarabağda nə işi var?" - Paşinyanla görüşən əsgər valideynləri üsyan etdi

  • 17:21 - 16 Yanvar

Övladlarının Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz edən erməni valideynlər başnazir Nikol Paşinyanla görüşüblər. 

Avropa.info xəbər verir ki, bu haqda erməni mediasına açıqlamasında valideynlərdən biri Suren Julakyan məlumat verib. 

"Baş nazirlə görüşdük, bizi dinlədi və suallara cavab vermək üçün yenidən bizimlə görüşəcəyinə söz verdi. Bütün bunlar bizi qane etmir, çünki qaldırdığımız məsələlərin həlli barədə danışmaq hələ tezdir. Biz övladlarımızın Ermənistan ərazisində xidmət etmələrini tələb edirik. Nə işi var bizim övladlarımızın Qarabağda? Biz Ermənistan vətəndaşıyıq və uşaqlarımız da burada xidmət etməlidir", deyə valideyn qeyd edib. 

Erməni valideynlər övladlarını Qarabağa xidmətə göndərmək istəmirlər

Xatırladaq ki, bundan öncə də Ermənistanda əsgər valideynləri Müdafiə Nazirliyinin Hərbi Universitetinin binası qarşısında etiraz aksiyası keçirərək övladlarının Qarabağa aparılmasına etiraz etmişdilər. 

Noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya sülhməramlıları Qarabağdakı erməni silahlı qüvvələrini bölgədən çıxarmalıdır.

Avropa.info


Oxunma sayı: 12475

Oxşar yazılar