Azərbaycanda COVID-19-dan sağalanların sayı yoluxanlardan 3-4 dəfə çoxdur - TƏBİB

  • 11:37 - 16 Yanvar

14-20 dekabr tarixləri arasında ölkədə 26 214 yeni yoluxma var idisə, 4-10 yanvar tarixlərində həftəlik 4386 yeni yoluxma qeydə alınıb.

Avropa.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, dekabrın ortalarında 27 861 nəfər sağalmışdısa, indi bu rəqəm 13 838-dir: “Sağalanların sayı yoluxanların sayından 3-4 dəfə çoxdur. 14 dekabrda yoluxma əmsalı pozitiv testlərin sayına görə 31 faizə çatmışdısa, bu gün yoluxma əmsalı 5 faizə qədər enib. Bu, sərtləşdirilmiş karantin rejiminin və vətəndaşların qaydalara riayət etməsinin nəticəsidir. Biz bunu görürük və insanlarımız maskadan ciddi şəkildə istifadə edirlər”.


Oxunma sayı: 716

Oxşar yazılar