Vaksinlər Koronavirusla Mübarizə Fondunun vəsaiti hesabına alınır

  • 11:35 - 16 Yanvar

COVID-19 əleyhinə vaksinlərin alınması Koronavirusla Mübarizə Fonduna toplanmış vəsait hesabına həyata keçirilir.

Avropa.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti yanında Operatov Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, digər xərclər dövlət hesabına həyata keçirilir: “COVID-19 əleyhinə vaksinlərin əsas seçim meyarları təhlükəsiz və effektliv olmasıdır. Hal-hazırda dünyada 3-cü faza klinik sınaqlarda olan, klinik sınaqları bitən vaksinlərin sayı 7-dir. Onlar müxtəlif platformalarda hazırlanır. Hazırda dünyada istifadə olunan əksər vaksinlərin insan bədəninə tətbiq edilməsində ikili doza istifadə olunur. Aktiv istifadədə olan vaksinlərin kifayət qədər həcmli istehsalına başlanılıb”.

T.Musayev bildirib ki, koronavirus əleyhinə vaksinlərin alınması çoxtərəfli danışıqlar və birbaşa vaksin istehsalçıları ilə danışıqlar əsasındadır.


Oxunma sayı: 1585

Oxşar yazılar