ABŞ Ədliyyə Nazirliyindən YPG ilə bağlı etiraf: "Terror təşkilatı olaraq tanınan PKK-nın bir qoludur"

  • 10:29 - 16 Yanvar

ABŞ Ədliyyə Nazirliyi Florida əyalətinin parlament binasına edilən hücumda bir YPG üzvünün tutulduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, nazirlik YPG üçün "PKK terror təşkilatının bir qoludur" ifadəsini istifadə edərək iki təşkilat arasındakı əlaqəni qəbul edib.

Ədliyyə Nazirliyinin açıqlamasında Florida ştatının Tallahassee şəhərində yaşayan Daniel Bakerin "qaçırma və yaralanma təhdidi ilə dövlətlərarası əlaqə qurma" ittihamı ilə nəzarətə alındığı bildirilib.

Bakerin yanvarın 10-da Florida əyalətinin parlament binasına edilən hücumlarda iştirak etdiyinə işarə edən bir açıqlamada, bu şəxsin silahlı olduğu və digər insanları buraya gəlməyə təşviq etdiyi ifadə edilib.

Açıqlamada Bakerin 2017-ci ildə Suriyada YPG terror təşkilatına qatıldığı və şübhəlinin YPG-də snayper olaraq yetişdirildiyini və müxtəlif video görüntülərdə göründüyü qeyd edilib.

YPG ilə PKK arasındakı əlaqəni rəsmən qəbul edən nazirliyin açıqlamasında, "YPG ABŞ hökuməti tərəfindən xarici terror təşkilatı olaraq tanınan PKK-nın bir qoludur", ifadəsini işlədib.


Oxunma sayı: 2872

Oxşar yazılar