BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq

  • 10:16 - 16 Yanvar

BMT-nin baş katibi Antoniu Quterreş gələn həftə Nyu-York Ştatında növbə çərçivəsində koronavirusa qarşı vaksinasiya olunacaq.

Avropa.info bildirir ki, bunu brifinq zamanı baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "Gələn həftə baş katib vaksinasiya olunacaq. Baş katib bunu ictimaiyyət qarşısında edəcəyinə dair sözünə sadiq qalır, ona görə də onun vaksinasiyasının foto və videoları təqdim ediləcək".

Baş katibin vaksinasiyasında hansı şirkətin istehsal etdiyi peyvənddən istefadə ediləcəyi barədə məlumat verilmir.


Oxunma sayı: 2630

Oxşar yazılar