“WhatsApp” yeni qərarının icrasını təxirə saldı - İstifadəçi narazılıqlarına görə

  • 01:45 - 16 Yanvar

“WhatsApp” imesenceri stifadəçi müqaviləsinə tətbiq etməyi planlaşdırdığı yeniləmənin icrasını təxirə salıb.

Bu barədə şirkət rəhbərliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, yeniləmənin tətbiqetmə tarixi 8 fevraldan 15 may tarixinə keçirilib.

Xatırladaq ki, dünyanın ən çox işlədilən messenceri “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bildirmişdi.

Yeni siyasətə görə, istifadəçilərə dair məlumatlar messencerin sahibi olan “Facebook” şirkətinə ötürüləcək. Bu, narazılığa və etirazlara səbəb olmuşdu.


Oxunma sayı: 2674

Oxşar yazılar