"Azərbaycanla müharibəni davam etdirmək axmaqlıq olardı, savaşı başınızdan çıxarın" - Paşinyanın rəqibi Manukyan Azərbaycandan qorxduğunu gizlətmir

  • 01:10 - 16 Yanvar

"Paşinyan hakimiyyətdən getdikdən sonra, yeni bir hökumət gəlib müharibəni davam etdirə bilərmi? Kimsə bunu edərsə, deməli o dəlidir. Bu şəraitdə Azərbaycanla müharibə etmək sadəcə axmaqlıq olardı."

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan deyib. Manukyan ermənilərə çağırış edərək "müharibəni başınızdan çıxarın" deyib.

“Hər hansı bir müharibə Ermənistan üçün arzuolunmazdır. Müharibəni başınızdan çıxarın. Erməniləri maraqlandıran məsələ 10 noyabrda Ermənistanın kaputulyasiyaya imza atması olmalıdır. Azərbaycanlıları isə hazırda Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən böyük yol layihəsi maraqlandırır", deyə Manukyan qeyd edib.

Vazgen Manukyan

74 yaşlı Vazgen Manukyan Qarabağdakı terrorçu-separatçı hərəkatın başında duran şəxslərdən sayılır. O, “Qarabağ” komitəsinin üzvü olub.

1990-cı ilin avqustundan 1991-ci ilin noyabrına qədər Vazgen Manukyan Ermənistanda baş nazir olub. 1992-1993-cü illərdə isə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edib.

Məhz onun nazir olduğu dövrdə işğalçı Ermənistan ordusu Azərbaycanın Qarabağ bölgəsində genişmiqyaslı təcavüz və terror fəaliyyətləri həyata keçirib.

1995-2007-ci illərdə dəfələrlə Ermənistan parlamentinə üzv seçilib. 1996-cı ildə prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın əsas rəqibi olub. Seçkilərdə qalib gəldiyini elan edən Manukyan Yerevanda aksiyalar keçirmişdi. 2009-cu ilin martında prezident Serj Sarkisyanın qurduğu İctimai Şuranın sədri olub. 2019-cu ilin dekabrında Şuranı tərk edərək “Vernatun” adlı ictimai-siyasi klub təsis edib.

İkinci Qarabağ savaşında Ermənistanın Azərbaycan tərəfindən darmadağın edilməsindən sonra Manukyan baş nazir Paşinyanın istefasını tələb edir. Lakin, siyasi müşahidəçilər Manukyanın hakimiyyətə gəlmək üçün xalq arasında ciddi gücünün olmadığını bildirirlər. 

Avropa.info


Oxunma sayı: 9307

Oxşar yazılar