Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)

  • 22:50 - 15 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Beyləqan rayonunda Vətən müharibəsi şəhidləri - Nəsirov Qara Eldəniz oğlunun və Cəfərli Röyal İkrəm oğlunun ailələrində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, nazir müavini möhtəşəm Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin sosial müdafiəsinin daim diqqətdə saxlandığını vurğulayıb. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Nazirlik tərəfindən şəhidlərimizin ailələri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı geniş dəstək tədbirləri həyata keçirildiyini deyib.

Şəhid Q.Nəsirovun atası Eldəniz Nəsirov və şəhid R.Cəfərlinin anası Rahilə Cəfərova üçün də özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb. Həmçinin şəhid R.Cəfərlinin qardaşı işlə təmin edilib.

Nazir müavini hər iki şəhid ailəsinin yaşayışının bundan sonra da diqqətdə saxlanacağını vurğulayıb.

Proqram iştirakçıları qayğı ilə əhatə olunduqlarına, ailə təsərrüfatlarını qurmaq üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO) - Gallery Image

Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO) - Gallery Thumbnail

Oxunma sayı: 2245

Oxşar yazılar