Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

  • 18:10 - 15 Yanvar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. 

Bu barədə Avropa.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar. 

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Oxunma sayı: 2399

Oxşar yazılar