İctimai nəqliyyatda gediş haqqını 40 qəpik etdilər - FOTO/VİDEO

  • 12:58 - 15 Yanvar

Tarif Şurasının qərarı ilə yanvar 5-də benzin və dizelin yanacağının qiymətinin dəyişdirilməsi bəzi işbazları hərəkətə keçirib. Bundan istifadə edən bəzi sürücülər ictimai nəqliyyatda süni qiymət artımına yol veriblər. Belə ki, Ağdaşda marşrut xəttləri üzrə işləyən avtobuslarda gediş haqqı 10 qəpik artırılıb.

Avropa.info xezerxeber.az-a istinadən bildirir ki, şəhər daxili gediş haqları 30 qəpikdən 40 qəpiyə, rayon mərkəzindən kəndlərə gedən marşrutlar isə 50 qəpikdən 60 qəpiyə, 60 qəpikdən 70 qəpiyə qaldırılıb.

Görüntülər Ağdaşdandır. Sakinlərin sözlərinə görə son günlər ictimai nəqliyyatda gediş haqları süni şəkildə 10 qəpik qaldırılıb. Bu isə sərnişinlərin narazılığına səbəb olub.

Gediş haqlarının artırılması ilə bağlı mikroavtobusların daxilidə lövhələr də asılıb.Amma kameralarımızı görüb lövhələri gizlədənlər də tapıldı.Sürücülər qiymət artımını müxtəlif cür izah edirlər.

Dövlət Avtomabil Nəqiliyyat Xidmətinin Göyçay Regional şöbəsindən xəzər-xəbərə bildirdilib ki, sözügedən marşrutlar gediş haqlarını süni şəkildə artırıblar. ''Bu kimi halların baş verməməsi üçün əməkdaşlarımız tərəfindən mütəmadi olaraq reydlər keçirilir. Bundan əvvəl də Regional şöbəyə qiymət artımı ilə bağlı şikayət daxil olub.Buna yol verən sürücülər barəsində hüquqi addım atılıb.Ağdaş ərazisində də yoxlamalar aparılacaq''-deyə məlumatda qeyd edilib.


Oxunma sayı: 3675

Oxşar yazılar