Paşinyanın ailəsi Moskvada təhqir olundu - VİDEO

  • 12:39 - 15 Yanvar

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşiblər.

Avropa.info milli.az-a istinadən bildirir ki, hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub.

Bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar və Anna Akopyanı, qızları Şuşan və Marianı təhqiredici "satqınlar" ifadəsi ilə qarşılayıblar.

Nikol Paşinyanın Ermənistanın Rusiyadakı səfiri vasitəsilə ailə üzvlərinin təhlükəsizliyini təmin etməyi xahiş etdiyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təxliyə elan ediblər və zala girişi bağlayıblar.

Paşinyanın arvadı və qızları ehtiyat çıxış qapısı vasitəsilə avtomobillərə qədər müşayiət edilib. Erməni icmasının üzvləri onları "Satqınlar, əclaflar!" şüarları ilə yola salıblar.

Dünən ermənilər sosial şəbəkələrdə məlumat yaymışdılar ki, N.Paşinyanın arvadı və qızları 10 silahlı mühafizəçinin müşayiəti ilə Rusiya vətəndaşlığını almaq üçün Moskvaya gedib.

Anna Akopyan və qızları Moskvada ermənilərə məxsus "Ararat Park Hyatt" otelində qalırlar.

Onlar dünən "Puşkin" restoranına yollanaraq pravoslavların Köhnə Yeni İlini qeyd ediblər.

N.Paşinyanın ailəsi Moskvada diplomatik nömrə nişanlı avtomobillərdə hərəkət edirlər.


Oxunma sayı: 3829

Oxşar yazılar