Milli Qəhrəman Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO

  • 11:47 - 15 Yanvar

Azərbaycanın yeddi Milli Qəhrəmanına dövlət tərəfindən məzar daşları hazırlanır.

Avropa.info oxu.az-a istinadla bildirir ki, bu barədə Azərbacanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Əliyev məlumat verib. 

O bildirib ki, atasının məzar daşının hazırlanması Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən sifariş olunub:

“Bəli, atamın və Qubadlıdan olan altı Milli Qəhrəmanın hər birinin məzar daşı hazırlanır. Hazırda dörd nəfərin məzar daşı artıq hazırdır, digər üç nəfərin də məzar daşının da qısa zamanda hazırlanması gözlənilir. Məzar daşları tam hazırlanması ilə bağlı dəqiq tarix bəlli olmasa da, yaxın zamanda işlərin yekunlaşacağı gözlənilir”.


Oxunma sayı: 3576

Oxşar yazılar