Bakı-Sumqayıt yolunda ağır qəza - 3 nəfər xəsarət aldı - FOTO

  • 10:59 - 15 Yanvar

Bakının Binəqədi rayonunda 3 minik avtomobili toqquşub.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində baş verib.

Belə ki, “Daewoo” markalı avtomobil nasaz vəziyyətdə hərəkətdə olan zaman anidən “KİA” markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Zərbənin gücündən “Daewoo” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq “Toyoto” markalı maşına çırpılıb.

Qəza zamanı ümumilikdə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

 


Oxunma sayı: 2025

Oxşar yazılar