Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA

  • 10:46 - 15 Yanvar

Azərbaycanda sərt karantin rejiminin yumşaldılacağı ilə bağlı məsələ ölkədə əsas müzakirə olunan məsələyə çevrilib.

Avropa.info xəbər verir ki, yanvarın 18-dən hansı məhdudiyyətlərin aradan qaldırılacağı böyük maraqla qarşılanır.

Ölkədə mövcud olan yoluxma sayı, epidemioloji vəziyyəti nəzərə alaraq müəyyən yumşalmaların olacağı təmin olunur. Həkim Süleyman Kamilov bildirib ki, müəyyən sektorlar və iş adamları var ki, onların sərt karantin rejimində işləməsi doğru olmur:

"Ola bilər ki, sərtləşdirilmiş karantin müəyyən nüanslarda yumşaldılsın. Karantinlə bağlı yeni qərar açıqlanarsa, müəyyən məhdud saylarda fəaliyyətə icazə veriləcək.

Kafe və restoranlara məhdud sayda insanların girişinə icazə verilə bilər. Məsələn eyni anda 5 və ya 10 nəfərin girişinə icazə verilməsi mümkündür. Bundan əlavə bərbərxana və dərzilərdə insanların sayı nəzərə alınaraq qaydalar yumaşldıla bilər.

Erkən arxayınçılıq olmamalıdır. Yoluxma sayının 400 olması ciddi rəqəmdir. Düzdür, 5 min yoluxma sayı ilə müqayisədə say aşağıdır və bu, sevindirici haldır. Ən azı yoluxma sayı 10 dəfə azalıb. Lakin bu arxayın olmağa dəlalət etmir".


Oxunma sayı: 3246

Oxşar yazılar