Dünyada koronavirusa yoluxanların sayı 697 mindən çox artıb

  • 10:27 - 15 Yanvar

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 697 mindən çox artıb.

Avropa.info-nun"TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 697 485 nəfər yeni koronavirusa yoluxub, 15 835 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 90 070 341, ölənlərin isə 1 945 935 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 22 645 757 nəfər. Siyahıda daha sonra Hindistan (10 512 093), Braziliya (8 195 637), Rusiya (3 495 816), Böyük Britaniya (3 211 580), Fransa (2 783 908), İtaliya (2 319 036), İspaniya (2 176 089), Almaniya (1 978 590), Kolumbiya (1 816 082), Argentina (1 744 704), və Meksika (1 556 028) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Oxunma sayı: 2641

Oxşar yazılar