117 yaşlı Zeliha nənə Türk əsgərlərinə 115 cüt corab toxudu – Müdafiə Nazirliyindən təşəkkür ziyarəti – Fotolar

  • 14:38 - 14 Yanvar

Türkiyə Milli Müdafiə Nazirliyi əl əməyi göz nuru olan 115 cüt corabı Mehmetciklərə hədiyyə edən 117 yaşı olan Zeliha nənəni evində ziyarət edib. Avropa.info xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

“Yalova şəhərinin Çiftlikköy mahalında yaşayan Zeliha Barlas yaşı 100-dən çox olmasına baxmayaraq, toxuduğu bir-birindən gözəl, rəngli corabları Mehmetciklərimizə hədiyyə edib. Zeliha nənənin bizi duyğulandıran məktubundan sonra Milli Müdafiə Nazirliyi olaraq onu evində ziyarət etdik və hədiyyə etdiyi 115 cüt yun coraba görə Zeliha nənəmizə təşəkkür etdik”, - məlumatda bildirilib.

Z.Barlas onu ziyarətə gələn Milli Müdafiə Nazirliyinin hərbçilərinə “Xoş gəlmisiniz. Allah sizə uzun ömür versin. Allah sizdən razı olsun. Xoş günlərdə geyinsinlər. Allah ayaqlarınıza daş dəydirməsin”, - deyib.

Milli Müdafiə Nazirliyi hədiyyə etdiyi əl əməyi göz nuru corablara görə Zeliha nənəyə bir daha minnətdarlığını bildirib, ona xoşbəxt və sağlam uzun ömür diləyib.


Oxunma sayı: 3312

Oxşar yazılar