Qarabağ zəfərindən təlaşlanan Kanada "Bayraktar"lara optik görüntüləyicilər satmaqdan imtina etmişdi - Türkiyə daha güclüsünü özü istehsal etdi

  • 14:22 - 14 Yanvar

Son illərdə müdafiə sənayesində Türkiyənin uğurlarının başında şübhəsiz ki, yerli PUA-ların istehsalı durur. 

Avropa.info xəbər verir ki, Qarabağ, Suriya, İraq və Liviyada dastan yazan Türkiyə PUA-larının imkan və qabiliyyətləri daha da təkminləşdirilir. Bu sırada PUA-ların xaricdən alınan bəzi detallarının Türkiyədə istehsalına başlanılması önəmli rol oynayır.
 

Ankaranın bir çox hallarda PUA-lardan oyun dəyişdirici olaraq istifadə etməsi sahədəki prosesi Türkiyə lehinə dəyişdirsə də, bu vəziyyətdən məmnun olmayan ölkələr "embarqo" kartından istifadə edirlər. 

Türkiyə istehsalı olan "Bayraktar TB2"-lərin Qarabağdakı uğurlarından sonra, Kanada PUA-larda istifadə etmək üçün Türkiyəyə verdiyi optik görüntüləyicilərin satışına embarqo tətbiq etdi. Yaşanan hücumlar və sıxıntıların ardından yerli və milli həmləsini həyata keçirən Türkiyə ASELSAN CATS ilə fəaliyyətə başladı. ASELSAN CATS PUA-lar üçün Kanadanın satdığı kamera sistemlərindən daha yaxşısını istehsal etmək üçün işə başladı. 

Savunma sanayinde kritik adım! Çok daha gelişmişi geliyor


 

"TRT Haber" Müdafiə Sənayesi araşdırmaçısı Kadir Doğan ilə yeni istehsal olunan optik görüntülənmə cihazı haqda danışıb.
 

"Fərqli səbəblərdən görüntülənmə cihazlarını xaricdən təmin edirdik. Türkiyənin hərbi sahədə bəzi addımlarından sonra, başda Kanada və ABŞ olmaqla embarqolara məruz qaldıq. ASELSAN CATS ilə ilk dəfə bu məhsulları istehsal etdik. ASELSAN CATS eyni zamanda çox kritik bir texnaloji qabiliyyət qazanmamıza səbəb oldu. ASELSAN CATS-dan sonra, FLIR 500 projesini də başladıb. FLIR 500, CATS-ə görə daha yaxşı performans verməsini gözlədiyimiz bir məhsuldur", deyə Kadir Doğan bildirib.

Avropa.info


Oxunma sayı: 13883

Oxşar yazılar