İngilis mətbuatından sensasiyalı iddia : Tramp bu ölkəyə qaçacaq

  • 11:07 - 14 Yanvar

İngiltərənin "Guardian" qəzeti ABŞ prezidenti Donald Trampın yanvarın 19-da, yəni Baydenin inaqurasiyasından bir gün öncə Şotlandiyaya qaçacağını iddia edib.

Avropa.info xəbər verir ki, qəzet Ağ Evə məxsus bir Boeing 757 tipli təyyarənin 19 yanvarda Turnberry qolf sahəsinin yaxınlığındakı Prestvick hava limanına gələcəyini yazıb.

Noyabr ayında ABŞ Hərbi Hava Qüvvələrinin bölgədə apardığı kəşfiyyat və nəzarət fəaliyyətləri bu iddiaları gücləndirir. "Bu, ümumiyyətlə Trampın uzun müddət burada olacağına işarədir", deyə İngiltərə qəzeti adını açıqlamadığı bir mənbəyə istinadən yazıb. 

Mütəxəssislər, Boeing 757 tipli təyyarələrin ABŞ prezidentinin "Air Force One" adlanan xüsusi təyyarəsindən daha kiçik və az nəzərə çarpdığını və Donald Trampın həyat yoldaşı Melaniya Tramp tərəfindən daha çox istifadə edildiyini bildirdilər.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 231 səslə Trampa impiçiment qərarına səs verib. İddialara görə, Trampa cinayət işi açıla bilər.


Oxunma sayı: 7261

Oxşar yazılar