TƏCİLİ: ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Trampa impiçment elan etdi (Yenilənib)

  • 01:35 - 14 Yanvar

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti ilə bağlı səsvermənin nəticələri məlum olub.  Konqresmenlər 231 səslə Trampa impiçiment qərarına səs verib. 

***

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.

 “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, D. Tramp üsyana təhrikdə və digər ağır cinayətlərdə günahlandırılır.

Sənəddə D. Trampın impiçmenti və onun gələcəkdə seçki yolu ilə istənilən vəzifəni tutmağa qadağa nəzərdə tutulur.

Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında səsvermə bu gün təşkil edilə bilər. Nümayəndələr Palatasında sənədin qəbulundan sonra məsələ Senatda müzakirəyə çıxarılmalıdır. Senat isə yanvarın 19-da, Co Baydenin inauqurasiyasına qədər tətilə çıxır. Başqa sözlə, D. Trampın səlahiyyət müddətinin bitməsinə qədər impiçment prosesini tam başa çatdırmaq mümkün olmayacaq.

Eyni zamanda, ekspertlər Senatda impiçmentlə bağlı sənədin qəbulu üçün səslərin üçdə ikisini toplamağın mümkün olacağı qənaətində deyillər.

***

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə səsverməyə başlayıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Konqres üzvlərinin müzakirəsinə bir maddə çıxarılıb – "qiyama təhriketmə". Sənəd prezidentə impiçment elan etməyi və onun gələcəkdə istənilən seçkili vəzifəni tutmasının qadağan olunmasını tələb edir. Maddədə həmçinin "ağır cinayətlər və hərəkətlər" törədilməsinə dair ittiham ifadəsi də yer alıb.

Məsələ bundan sonra Senatın müzakirəsinə çıxarılacaq. Ancaq Senat yeni prezident Co Baydenin inaqurasiyasından bir gün əvvəl tətilə çıxacaq. Buna görə də proses Trampın səlahiyyətlərinin başa çatmasıma qədər tam yekunlaşmayacaq.


Oxunma sayı: 5391

Oxşar yazılar