Görüntülər ölkəni qarışdırdı : Konqres binasını Tramp tərəfdarlarından qoruyan ABŞ hərbçiləri yerdə yatırlar (FOTOLAR)

  • 22:37 - 13 Yanvar

Tramp tərəfdarlarının Konqresə hücumundan sonra ABŞ-da təhlükəsizlik tədbirləri gücləndirilib.

Avropa.info xəbər verir ki, ölkədəki 50 əyalətdə silahlı aksiyaların keçiriləcəyi xəbərdarlığından sonra, paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Şəhərə 15 min əsgər gətirilib.

Yeni prezident Co Baydenin inaqurasiya mərasimi zamanı təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək. Artıq Konqres binası tamamən nəzarətə götürülüb.

Bu arada, Konqresi qorumaq üçün göndərilən ABŞ xüsusi təyinatlılarının yerdə yatmış vəziyyətdə görüntüləri yayılıb. Fotolar ölkədə ciddi narazılığa səbəb olub.

Askerler Kongre binasında yerde yatarak dinleniyor.

Oxunma sayı: 6953

Oxşar yazılar