Ərdoğanın Putinə dediyi "Dağlıq Qarabağda sülhməramlılara ehtiyac olmamalıdır" sözlərinin pərdəarxası - Elxan Şahinoğlu açıqlayır

  • 19:59 - 13 Yanvar

"Rusiya və Türkiyə prezidentlərinin bugünkü telefon danışığının fərqli açıqlamaları var. Kremlin açıqlamasında bildirilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə məlumatlandırıb. Öz növbəsində Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib".

Bunu Avropa.info-ya açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

"Rəcəb Tayyib Ərdoğan isə özünün “Telegram” kanalında Rusiya prezidenti ilə danışıqların başqa təfərrüatlardan söz açıb. Birincisi, Ərdoğan bildirib ki, Putinlə Qarabağda atəşkəsə nəzarət və hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib. İkincisi, Ərdoğan Putinə deyib ki, Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaradılmalıdır: “Belə olduqda İnşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”.

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu

Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da ifadə etmişdi. Rəcəb Tayyib Ərdoğan və Mövlüd Çavuşoğlu bu sözləriylə nəyə işarə edirlər?

Bu açıqlamalarıyla həm Ərdoğan, həm də Çavuşoğlu əslində Rusiyanın birtərəfli qaydada Dağlıq Qarabağda hərbi iştirakından rahatsız olduqlarını bildirmək istəyirlər. Digər tərəfdən Ankara bu açıqlama ilə Moskvaya belə bir mesaj da göndərir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır, 10 noyabr bəyənatına görə 5 ildən sonra bölgəni tərk etməlidirlər. Bu Azərbaycanın da maraqlarına uyğundur", deyə politoloq bildirib.

Avropa.info


Oxunma sayı: 12453

Oxşar yazılar