TƏBİB-dən koronavirusla bağlı növbəti PROQNOZ

  • 17:42 - 13 Yanvar

İnsanların bir qismi xəstələnib, bir qismi isə vaksin vasitəsilə immunitet qazanacaq.

Avropa.info bildirir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, əgər bir insan populyasiyasında insanların təqribən üçdə ikisi bu xəstəliyə qarşı immunitet qazansa, artıq virus bizim aramızdan gedəcək və bizi narahat etməyəcək:

"Hesablamara görə, bu vaxt da təqribən gələn ilin yayında olacaq. Deməli, gələn ilin yayına qədər bu virus bizi narahat edə bilər, amma sonra demirik ki, pandemiya bitəcək. Sonra xəstələnmələr olacaq, amma bizi daha bu qədər narahat etməyəcək. Bu, elmi proqnozlardır".


Oxunma sayı: 551

Oxşar yazılar