Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

  • 17:33 - 13 Yanvar

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib, aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, ötən müddət ərzində isə ümumilikdə 2 287 959 test aparılıb.


Oxunma sayı: 551

Oxşar yazılar