
Putin Ərdoğanı Moskva görüşü barədə məlumatlandırdı
- 17:29 - 13 Yanvar
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Avropa.info bildirir ki, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü barədə Ərdoğanı məlumatlandırıb.
Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.