Ənənəvi təhsilin bərpası xəbərlərinə rəsmi reaksiya

  • 17:12 - 13 Yanvar

Təhsil Nazirliyi gələn aydan etibarən ənənəvi formada təhsilin bərpa ediləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. 

Avropa.info xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu, ilk növbədə, Təhsil Nazirliyinin resurslarında paylaşılacaq.

Qeyd edək ki, hazırda pandemiya ilə əlaqədar olaraq orta və ali təhsil müəssisələrində dərslər onlayn şəkildə keçirilir.


Oxunma sayı: 441

Oxşar yazılar