Təcili : Türkiyə Müdafiə Sənayesinin gizli məlumatlarını ötürən cəsus aşkarlandı - Evindən milyonlarla avro çıxdı (HƏBSLƏR VAR, FOTO)

  • 13:22 - 13 Yanvar

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin tenderlərini sızdıran Yusuf Hakan Özbilgin və daha 5 nəfər həbs olunub.  

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi əməliyyat nəticəsində Müdafiə Sənayesi Nazirliyinin keçmiş və hazırda çalışan bəzi əməkdaşlarının şirkət rəhbərləri ilə əlaqəsi üzə çıxıb. 

Həmin şəxslərin rüşvət qarşılığında tenderlər və layihələr haqda məlumatları şirkətlərə ötürdüyü üzə çıxıb.

Savunma Sanayii'ndeki köstebek belli oldu! Evinden çıkan para şoke etti

Yusuf Hakan Özbilgin

Ankara prokurorluğunun təqdimatı ilə açılan cinayət işi çərçivəsində 6 nəfər saxlanılıb. Onların arasında şirkət rəhbərləri və Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları da var. Saxlanılanlardan birinin 2018-ci ildə Müdafiə Sənayesi Nazirliyində Pilotsuz və Ağıllı Sistemlər Departamentinin Layihə meneceri vəzifəsində işləyən Yusuf Hakan Özbilgin olduğu ortaya çıxıb. Özbilginin evində aparılan axtarışlar nəticəsində 5 milyon avro tapılıb.

Avropa.info


Oxunma sayı: 11903

Oxşar yazılar