Koronavirusa 2-ci yoluxma necə baş verir? - Hər kəs diqqətli olmalıdır

  • 12:07 - 13 Yanvar

Əgər koronavirusa təkrar yoluxma halları müşahidə olunarsa, bu, vəziyyəti mürəkkəbləşdirib arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Çünki təkrar yoluxma zamanı virusun yeni mutasiyasının əmələ gəlməsinə imkan yarana bilər.

Avropa.info xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

N.Abdullayev bildirib ki, virusdan sağalan şəxs yenidən yoluxarsa, bu zaman infeksiya insan orqanizmində formalaşan immunitetə qalib gəlmək üçün özünü dəyişdirə bilir və beləliklə, virusun mutasiya olunmuş (escape mutasiya) yeni variantı yaranır.

O qeyd edib ki, artıq cənubi Afrikada bu cür mutasiyaya rast gəlinib və mütləq olaraq Azərbaycanda da ciddi nəzarətdə saxlanılmalıdır.

N.Abdullayevin sözlərinə görə, insanlar bilməlidir ki, hamını birdən vaksinasiya etmək mümkün deyil, ona görə də onlar vaksinasiyadan sonra da özlərini qorumalı və özünü təcridetmə qaydalarına əməl olunması davam etməlidir.

trend


Oxunma sayı: 430

Oxşar yazılar